Ülvi Həsənli

Ülvi Həsənli Habil oğlu Ülvi Həsənli-Aktyor.yumorist,televiziya aparicisı Doğum tarixi-2 may 1992(28 yas) Doğum yeri-Bakı Peşəsi-aktyor-yumorist Ülvi Həsənli 1992ci ilde Baki seherinde dogulub. 2010-2015ci illerde Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universitetində Aktyor sənəti fakultəsində təhsil alib.

Ilk dəfə sənət fealiyyətinə 14 yaşinda Mərdəkan Xalq Teatrinda Əməkdar Incəsənət xadimi Rəhman Əlizadənin kollektivində başlayib. Xalq teatrinda bir çox tamaşalarda rol almiş, 2007ci ildə Respublika teatr festivalinda  “Dəli Domrul” tamaşasi ilə festivalın qalibi olmuşdur. Sonradan ard-arda 2008ci ildə Baki Teatr festivalinda   “Maymaq” tamaşasi ile qalib, 2009-cü ildə Baki teatr festivalinda  ,,Diqqet Baslayiram" tamaşasi ilə 3cu yerə laiq görülmüsdür. 2008ci ildə ilk dəfə Tam metrajli  ,,Vəkil Hani"  bədii filmində rol almışdır. 2011ci ildən 2014cu ilə qədər Bakı Estrada Teatrında həm aktyor həm də ssennarist kimi fəaliyyət göstərmişdir. 2012ci ildə ilk dəfə seriala dəvət almışdır. ,,Cavanlıq" adlı serialda baş rollardan biri olan Alik obrazını canlandırıb. Sonradan 2013cü ildə  ,,Sənə Inanıram" və  ,,3 bacı" seriallarında rol alıb. 2014cü ildə Akademik Milli Dram Teatrında təşkil olunmuş teatr studiasına dəvət alır və o studiada fəaliyyət göstərdiyi müddət Akademik Milli Dram Teatrın tamaşalarında rollara dəvət olur. Teatr Studiasının  ,,Banan Qabığı" adlı tamaşasında iştirak edir. Artiq 2015ci ildən Akademik Milli Dram Teatrında fəaliyyət göstərir. Orada Nicat Kazımovun quruluşunda  ,,Kölgə", Ramiz Novruzun quruluşunda  ,,Silindr" , Mehriban Ələkbərzadənin quruluşunda  ,,Əmir Teymur",  ,,Herostratı  Unudun", Gümrah Ömərin quruluşunda  ,,Nadir Şah",  Bəsti Cəfərovanın quruluşunda  ,,Nağıllar Aləmi",  Vidadi Həsənovun quruluşunda  ,,Tıq-Tıq xanım və dostları" tamaşalarında rol almısdır. 2015-2016 ci illərdə paralel olaraq Mərdəkan Mədəniyyət Sarayında rejissör kimi fəaliyyət göstərib. 2015ci il Ülvi Həsənlinin ssennariləşdirdiyi və Quruluş verdiyi  ,,Dirsə Xan oğlu Buğac bey" tamaşasi Azərbaycan Teatr Festivalında 1ci yerə laiq görülür və  ,,ən yaxsi kisi rolu"  mükafatına laiq görülür. 2015ci ilde Bakı Mədəniyyət və Turizm Idarəsi tərəfindən ilin ən yaxşi aktyoru mükafatına laiq görülür.

 2016ci ildə rəhbəri olduğu  ,,Ekspromt"  KVN kamandası Bakı üzrə keçiriləm Sən və Hazircavablar Klubunu Cempionatının qalibi olub. 2015ci ildə   ,,Defne Agaci” serialina bas rola dəvət alaraq  ,,Tural"  obrazını canlandırıb. 2016ci ildə   ,,Sən Olmasaydın Qisas"  serialında əsas obrazlardan biri olan  ,,Camal"  obrazını canlandırıb. 2017ci ildə  ,,Laləli Saray"  serialında baş rol olan  ,,Kenan” obrazını canlandırıb. 2016ci ildə Yunanıstanda kəvirilən Dünya Teatr Festivalında Nicat Kazımovun quruluşunda  ,,Xeyir və Sər"  tamaşasinda  ,,Sər” obrazını canlandırıb və bu tamaşa festivalın ən yaxş tamaşası mükafatına laiq görülüb. 2017ci ildə  ,,Nazlı"  bədii filmində baş rol alıb. 2018ci ildə Emil Quliyevin  ,,Fəlakət"  filmində əsas rollardan birini canlandırıb.

2018ci ildən yumorist-Stand Up janrı ilə meşguldur. Azad Azerbaycan Tekevixiyasinda yayimlanan ,,Stand Up Baku Comedy" layihəsindəki cıxışı ilə boyük bir kütlənin sevgisini qazanıb. Hal-hazırda da yumorist-aktyor kimi fəaliyyət göstərir. 2018ci ildə Azad Azərbaycan Televiziyasında yayımlanan  ,,3-muz" yumoristik showproqramının aparıcısı olub. 2019cü ildə ARB kanalında yayımlanan  “3 əlli"  yumoristik showsunun aparıcısı olub. 2019-2020ci illər Baldız serialında əsas rollardan birini canlandırır.  

Teatr səhnəsindəki rolları

 Mərdəkan Xalq teatrı:  “Dəli Domrul" rejıssor Rəhman Əlizade, muəllif-Rəhman Əlizade rol-Əzrail,  “Maymaq" alleqorik tamaşası, rejıssor Rəhman Əlizade,  müəllif: Rəhman Əlizadə,  rol-it “Diqqət Başlayıram"  rejıssor-Əlgün Əliyev müəllif-Rəhman Əlizadə rol-Müdir, “Vəkillər və Məkirlər" rejıssor Rəhman Əlizadə müəllif –Rəhman Əlizadə rol-Vəkil

Estrada Teatrı

 “Toy Nazinindir" rejıssor-Vüqar Əbdulov müəllif-Ilqar Fəhmi rol-rəssam, “Kişinin Oğlu Olar"  rol-Fürsət, “Alətlər" rol-Kamanca, ,,7-si gecə" rol-Cin, ,,Hanı Bular" rol-Fəzail

Dunya Teatr Festivali

 ,,Xeyir və Sər" rejıssor-Nicat Kazımov müəllif-Məhəmməd Fizuli rol-Sər

Akademik Milli Dram Teatri

 “Kölgə" rejissor Nicat Kazımov müəllif-Svartz rol- Nazirin Köməkçisi,

“Emir Teymur" rejıssor-Mehriban Ələkbərzadə müəllif-Hüseyn Cavid rol-Teymurun Cəsusu

 “Silindr" rejıssor-Ramiz Novruz müəllif-Eduard De Flippo rol-Antoni

 “Nagıllar Aləmi" rejıssor-Bəsti Cəfərova müəllif: xalq nağılları rol-Canavar

 “Tıq-tıq xanım və dostları" rejıssor-Vidadi Həsənov müəllif-xalq nagılı rol-balaca adam

 “Herostratı Unudun" rejıssor-Məhriban Ələkbərzadə müəllif-Qoql rol-Əfəsli

 “Nadir Şah" rejıssor Gümrah Ömər müəllif-Yunus Oguz rol-Imamqulu mirzə

Filmoqrafiya

 “Vəkil Hanı"(film 2006)

“Nazlı" (film 2016)

“Fəlakət" (film 2017)

 “Taksi Liza" (film 2018)

 “Vagzalı" (film 2019)

“Cavanlıq" (serial 2012)

“Sənə Inanıram" (serial 2013)

“3 bacı" (serial 2013)

“Səni Ürəyim Sevdi" (serial 2014)

“Dəfnə Ağacı" (serial 2015)

“Sən Olmasaydın. Qisas" (serial 2016)

 “Laləli Saray" (serial 2017)

“Baldız" (serial 2018-2021)

 “Bir qadın’’ (serial 2022)

 “Körpü’’ (serial 2023)

 Verlişlər

 “Stand Up Baku Comedy" (Atv 2018)

“3-muz" (Atv 2019)

“3 elli" (Arb 2019)