Oksana Rəsulova

Oksana Rəsulova 19 dekabr 1982-ci ildə Əli Bayramlı şəhərində ziyalı ailəsində dünyaya gəlib. 3 yaşından hind rəqslərinə böyük həvəsi Oksanada, bu həvəsi hind filmləri pərəstişkarı olan xalası yaradır. Ailəsi ilə birlikdə Rusiyaya köçən Oksana uzun müddət Rusiya Federasiyasında yaşayıb. Rəqs təhsilini buradada davam etdirir və Uşaq Xareoqrafiya məktəbinə daxil olur. Rəqslə paralel olaraq, orta təhslini də davam etdirən Oksana daha sonra "Tibb akademiyası"-a daxil olur və "ginekologiya" ixtisası üzrə təhsil alır. İki il ixtisası üzrə işləyir, lakin gələcəyini rəqqsiz təsəvvür etməyən Oksana həkimliyin daşını atıb, hind rəqsləri ilə daha ciddi məşğul olmağa başlayır. Səylə çalışmağı onu beynəlxalq müsabiqələrə qədər gətirib çıxarır. 1999–2000-ci illərdə keçirilən müsabiqlərədə 2-ci və 3-cü yerlərə layiq görülsə də 2008-ci ildə nəhayət qalib seçilir. 2006-cı ildə Sankt-Peterburq şəhərində keçirilən "Beynalxalq Hind rəqsləri" müsabiqəsində 2-ci dərəcəli laureat adını qazanıb. Elə həmin illər də vətənə qayıdan rəqqasə, bir il sonra Rusiyada keçirilən, beynəlxalq müsabiqədə bu dəfə Azərbaycanı təmsil edir və yenə də qalib olur. Öz üzərində dayanmadan çalışan Oksana 2001-ci ildə yaratdığı "Çandra Mukxi" rəqs qrupunu yenidən bərpa edir və müəllimlik fəaliyyətini davam etdirir. Şəhərin məşhur fitness mərkəzlərindən birində açılan kursda trener kimi də çalışıb.

Qalmaqallardan kənar, öz sənəti ilə məşğul olan O. Rəsulova qısa bir zamanda populyarlıq qazandı.

Oksana Rəsulova 2017-ci ildə ailə həyatı qurub,2018-ci ildə Osman adlı oğlu dünyaya gəlib.

2014-cü ildə Hindistanın "Zee Tv" telekanalında "India's Best Cine Star Ki Khoj" adlanan 12 nəfərlik realiti şousunun finalçıları arasında 6 qızdan biri olmağı bacaran Oksana Rəsulova, məşhur rejissor və aktyorların münsif kürsüsündə əyləşdiyi verlişdə bütün münsifləri təəccübləndirməyi bacarıb. Münsiflər heyətində Bollivudun məşhurları Sonali Bendre, aktyor Ayuşman Xurana, tanınmış rejissor Vijat Krişna Açarya əyləşiblər.

Filmoqrafiya

Mənim Atam (film, 2010)

Bacanaqlar (teleserial, 2009) (bədii serial) (rol: özü)

Zaman adlı qatar (film, 2016)

Şər qarışanda (film, 2016)

Mələyin öpüşü (film, 2017)

Bayram axşamı (film, 2017)

Brat Li (film, 2017)

Lal Yuxu (teleserial, 2017)

Qaragöz (film, 2018)

Qış nağılı 1 (film, 2019)

Qış nağılı 2 (film, 2020)

Sevgi Romanı (film, 2020) (rol: Cəmilə)

Yalan həqiqət (teleserial, 2021) (rol: Həlimə)

Son nəfəs" (2022) teleserial

Geri dönənlər (film,2023)

Musiqi klipləri

İzzət Bağırov — Dünya

Murad Sadıx — Sevməsəm Ölərəm

Küçük İbo — Deniz

Orxan Ölməz — Yasa Dışı

Təranə Vəlizadə — Sarı Gəlin

Əlişahin və Zabir Əliyev — Kimsə Sevəcək

Elşad Xose — Yox Təbəssüm

Nətavan Həbibi — Sus