Fuad Osmanov

F. Osmanov 1990-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsində ali təhsil almışdır. 1990-cı ildən S. Vurğun ad. Rus Dram teatrın aktyorudur. Bu illər ərzində teatr səhnəsində 40-dan çox rol oynamışdır. Onun yaratdığı Fedya (E. Radzinski "Priyatnaya jenşina"), Xan (M. F. Axundov "Lənkəran xanlığın vəziri"), Sokrat (M. Şaxanov "Çinqizxanın sirri"), Kromvel (Q. Qorin "Kral oyunları"), Xəlil (Elçin "Poçt şöbəsindəki möcüzələr"), Ser Tobi Belç (U. Şekspir "12-ci gecə"), Vasili (A. Qalin "Konkurs"), Dallas (M. Freyn "Teatr"), Filipp Debni (X. Berqer "Daha bir Djekson"), Edqar (U. Şekspir "Kral Lir") kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.

2008-ci ildə Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülüb.[1] 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə,[2] 6 may 2015-ci ildə[3], 6 may 2016-cı ildə[4], 1 may 2017-ci ildə[5], 9 may 2018-ci ildə[6], 7 may 2020-ci ildə[7], 7 may 2021-ci ildə[8] və 10 may 2022-ci ildə[9] Prezident Mükafatına layiq görülmüşdür. 17 mart 2021-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülmüşdür.[10]

 

Filmoqrafiya

Bəhram Gur (film, 2015) (qısametrajlı bədii film)

Bəyaz həyat (film, 2003)

Bir dəfə Qafqazda (film, 2007)

Dayanacaq (film, 2009)

Dələduzlar (film, 2014)

Əqrəb mövsümü (teleserial, 2022)

Hökmdarın taleyi (film, 2008)

İstanbul tətili (film, 2007)

Qafqaz (film, 2007)

Nigarançılıq (film, 1998)

Vəkil hanı? (film, 2011)

Yoxlama (film, 2006)