Qafarov Corc Maris oğlu 24 fevral 1995-ci ildə Latviya Respublikasının Riqa şəhərində anadan olmuşdur. Atası Maris Beinerts latviyalı, anası Leyla Qafarova isə azərbaycanlıdır. Corc 5 yaşında anası ilə birlikdə Azərbaycana gəlib. Valideynlərinin boşanması nəticəsində Corc və qardaşı Jerar uşaq evinə düşür və orada böyüməyə başlayırlar. Bu dövrdə onun atası Latviyada, anası isə Azərbaycanda qalır. 24 may 2014-cü ildə Corcun anası xərçəng xəstəliyindən dünyasını dəyişir.
Corc uşaq evində qaldığı müddətdə idman, rəqs və rəsmlə məşğul olur. Rəqslə qatıldığı televiziya yarışmasında Corcu Rejissor Yavər Rzayev görüb bəyənir və görüşə dəvət edir. Yavər Rzayev onu öz filmində baş rolda görmək istəyir. Corca 11 yaşında təklif olunan filmə görə həyatı bir anlıq dəyişir və aktyorluq karyerası başlayır. O, 2014-cü ildə Nadir Əliyev adına 282 nömrəli tam orta məktəbi, 2014-2018-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram-Kino aktyorluğunu bitirib. Corc Qafarov 2018-2019-cu illərdə 1 illik əsgərlik ximətini bitridikdən sonra, 2019-cu il dekabrın 17-də Azərbaycan Dövlət Akademik Milli Dram teatrının aktyorluq vəzifəsinə cəlb olunmuşdur. O, 2019-cu ildə Suraxanı Rayonu, Qaraçuxur bələdiyyəsinə üzv seçilmişdir[3][4] və ordakı fəaliyyəti ilə birlikdə aktyorluq karyerasını da davam etdirir.Roza Zərgərli onu övladlığa götürür
Filmoqrafiya
"İlahi məxluq" filmi (2011);
"Dolu" filmi (2012);
"Bakı, mən səni sevirəm" filmi (2015);
"Sonuncu" filmi (2012);
"Tək olanda qorxma..." teleserialı (2013);
"Qisas" teleserialı (2014);[2]
"28 iyun" filmi (2016);
"CekPot" filmi (2016);
"Bir Ovuc Sonsuzluq" filmi (2017);
"CekPot" filmi (2016);
"Bir Ovuc Sonsuzluq" filmi (2017);
"İmtahan" teleserialı (2019-2020);[2]
"Ata Ocağı" teleserialı (2020-2021);