Salman Bayramov

Salman Bayramov 1994-ci ildə Perm Dövlət Mədəniyyət İnstitutunun xalq teatrları fakültəsini bitirib. 1996-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram teatrının aktyorudur. Bu illər ərzində bir çox rollar oynamışdır. O, uşaqlar üçün tamaşalarda Kral (V.Livanov "Bremen musiqiçiləri"), Leopold (B.Dmitriyev "Novıye priklüçeniya kota Leopolda"), Baba Yaqa (Y.Çernyak "Vasilisa Prekrasnaya") kimi obrazlar yaratmışdır.

Böyüklər üçün tamaşalardan: Corc (A.Ostrovski "Krasaves-mujçina"), Oyunbaz (M.F.Axundov "Lənkəran xanının vəziri"), Antonio (U.Şekspir "12-ci gecə"), Ulus (N.Xəzri "Burla xatun"), Qulam (R.İbrahimbəyov "Neft bumu"), Osvald (U.Şekspir "Kral Lir"), Fərhad (S.Vurğun "Fərhad və Şirin").

Filmoqrafiya

Nə gözəldir bu dünya... (film, 1999)

Ovsunçu (film, 2002)

Bir dəfə Qafqazda (film, 2007)

Cavid ömrü (film, 2007)

Dayanacaq (film, 2009)

Qardaşımdan yaxşısı yox idi (film, 2010)

Səhərə inan... (film, 2011)

Vicdan haqqı (teleserial, 2016)

Ana və poçtalyon (2020)