Azər Aydəmir 24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olub. 46 saylı orta məktəbi bitirib. Məktəb illərində məktəbin KVN komandasının kapitanı olub. Ailəlidir 1 övladı var.
Aktyorun əsli Xızıdandır. Atası malakandır. Yüz il bundan qabaq Altıağaca köçən malakan sülaləsindəndir. Ata nənəsi rus, anası isə dağlıdır, Əmbizlər kəndindən.[1]
Fəaliyyəti
Məktəbi bitirdikdən sonra, Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə-kredit fakültəsində natamam ali təhsil almışdır. Köç və karyera artımı səbəblərindən birinci kursdan təhsildən ayrılmışdır.İlk fəaliyyət illərində Azəravtoyol QSC nin nəznində olan, “Azərbaycan Yolları”, “Zirvə Yolu”, “Revanş” qəzetlərində müxbir kimi çalışmışdı. Sonradan tanınmış neft jurnalı olan “Caspian Energy” də, müxbir və reklam meneceri kimi fəaliyyət göstərmişdi. 2005 ci ildən bir sıra avtomobil şirkətlərində PR və Marketing meneceri vəzifəsində çalışıb. 2008-ci ildə Zirvə Motors (İsuzu) Şirkətinin direktoru işləyib.
2005-ci ildən 2014-ci ilə kimi paralel olaraq restoran və otelcilik fəaliyyəti ilə məşğul olub.Bakının tanınmış karaoke klublarının (Z CLUB) əsasını qoyub. İctimaiyyət tərəfindən tələbolunan tədbirlər təşkilatçı kimi fəaliyyət göstərib.
2009-cu ildən etibarən aktyorluq fəaliyyətinə başlayıb.İlk olaraq bir sıra reklam və kliplərdə çəkilən Azər Aydəmir 2010-cu ildən, mütəmadi olaraq filmlərə, seriallara çəkilir. O, 2012-ci ildə "Xoca" filmində Yuri Kovalyov obrazı ilə tanınıb. Buna baxmayaraq aktyor fəaliyyətini ilk olaraq İctimai Televiziyada yayımlanan “Döngələr” serialı ilə başlayıb. Hal-hazırda aktyor 30-dan çox filmdə çəkilib.
Azər Aydəmir 2018 ci ildən etibarən bir sıra film və serialların, ssenari müəllifi kimi də çıxış edir. 2019 cu ildən Azercell şirkətinin uğurlu rebrendinqindən sonra, Azər Aydəmir Azercell Telekomun rəsmi səsi seçilib. Aktyorluq fəaliyyəti ilə paralel olaraq, hal-hazırda Azər Aydəmir, İctimai Televiziyanın rəsmi səsi və simalarından biridir. Gündəlik sosial-analitik Sabaha Saxlamayaq axşam tok-şousunun aparıcısı olub. (2019-2021) Hal-hazırda (Discovery Science) tv kanalının "How the universe is works" lisenziyalı layihəsinin İctimai TV də yayımlanan "Kainat necə qurulub" verilişinin Azərbaycan versiyasının siması, aparıcısıdır. Bundan əlavə hər həftə AvtoFm 107.7 dalğasında dinləyicilərlə "Qarışıq Fəlsəfə" layihəsində ezoterik fəlsəfi söhbətlər edir. Bütün buraxılışlar YouTube/AvtoFM/Qarışıq fəlsəfə...
Mükafatları
"Müasir Audiovizual Baxış" mükafatı — 26 yanvar 2022[2][3][4]
Filmoqrafiya
Aktyor kimi
Ağabəyovlar (film, 2012-2014) (bədii serial) – Kamran Ağabəyov
Döngələr (teleserial, 2012) (bədii serial) – Kürən
Xoca (film, 2012) (tammetrajlı bədii film) – Yuri Kovalyov
Həyat çiçəyi (film, 2013) (bədii serial) – Yunis
Tək olanda qorxma... (teleserial, 2013) (bədii serial) – Yevgeni
Mən evə qayıdıram (film, 2014) (tammetrajlı bədii film) – baş leytenant Timur Losev
Sərnişin (qısametrajlı film, 2014) – Avtomobilli yolcu
Bakı, mən səni sevirəm (film, 2015) (kinoalmanax) – Oqtay
Dərs (film, 2015) (tammetrajlı bədii film) – Oqtay
Dmitrov küçəsi 86 (film, 2015) (qısametrajlı bədii film) – Cəmilin dostu
Xəzər Atlantidası (film, 2015) (qısametrajlı bədii film) – Oqtay
Qanlı Yanvar (film, 2015) (tammetrajlı bədii film) – Mehdi
Zabit şərəfi (film, 2015) (qısametrajlı bədii film) – Seymur
Sənin deyil (film, 2016) (bədii serial) – Vüqar
Qayıdış (film, 2016) (tammetrajlı bədii film) – Arif
Məryəm (teleserial, 2016) (bədii serial) – Zaur
Pərdə (film, 2016) (tammetrajlı bədii film) – Fuad
Postskriptum (film, 2016) (qısametrajlı bədii film) – Robert Nobel
Don Marleone (film, 2017) (tammetrajlı bədii film) – Mayor Ərəstun
Xənnas (film, 2017) (tammetrajlı bədii film) – Rus zabiti
Nazlı (film, 2017) (tammetrajlı bədii film) – Gülən adam
Dəniz suyu içən it (film, 2017) – Azər
Kəklikotu (film, 2017) – Polis serjantı
Fəlakət (film, 2018) – Vahid
Əlvida, Şmidt! (film, 2019) – Emil Şmidt
Dağıntılar Altında (teleserial, 2019) – Teymur
Sevgi Romanı (film, 2020) – Xanlar
Yad gəlin (teleserial, 2019) – Yasin
İblis (qısa metrajlı film, 2020) – Çingiz
Luger (qısa metrajlı film, 2020) – Vüqar
Faberge (qısa metrajlı film, 2021) – Administrator
Olimpia (film, 2021) – baş leytenant Dəmir
Həmrəylik Günü (tam metrajlı film, 2022) – Azər
Sonuncu Şam Yeməyi (tam metrajlı film, 2022) – Müasir molla
Əqrəb mövsümü (teleserial, 2022) – Rauf Eyvazov
Həyat Deyəsən Gözəldir (film, 2023) – Masi (istehsalatda, təqdim olunmayıb)
Doğma Torpaq (film, 2023) – Patison (istehsalatda, təqdim olunmayıb)
Mən Burada Tək Olmuşam (film, 2023) – Samir (istehsalatda, təqdim olunmayıb)
Çılpaq (film, 2023) – Çingiz (istehsalatda, təqdim olunmayıb)
Viktoriya (film, 2023) – Zaur (istehsalatda, təqdim olunmayıb)
Ssenari müəllifi kimi
Sevgi Romanı (film, 2020)
Həmrəylik Günü (film, 2022)
Əqrəb mövsümü (teleserial, 2022)
Viktoriya (film, 2022)
Şəbəkə (film, 2022)
Aparıcı kimi
"44 gün – Zəfər Yolu" (İTV, 5 hissə, 2020)
Sabaha Saxlamayaq (İTV, 267 buraxılış 2019-2021)
12–ci Sinif (YouTube layihəsi)
Qarışıq Fəlsəfə (radio layihəsi, AvtoFM-107.7)
Kainat Necə Qurulub – Azər Aydəmirlə (İTV, 36 hissə, 2022–23)
İkinci Rejissor kimi
Pərdə (film, 2016)
Şər qarışanda (film, 2016)
Filmi səsləndirən kimi
Spark. Bəşəri qəhrəman (film, 2017)
Nazik Mətləb – Müəllim (Rüstəm Cəbrayılov) (film, 2021)
Oğul – Əsas mətni səsləndirən, Natiq Qasımovun əziz xatirəsinə (Rej – Karan Singh, İngiltərə) (film, 2022)
Zəhər Tuluğu – Adil "Rus dili versiyası" (Rej – O. Mərdan, T. Yüzbəyov) (film, 2021)