Anar Heybətov

Heybətov Anar Mithət oğlu 25 sentyabr 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983-cü ildə Bülbül adına orta ixtisas musiqi məktəbinin 1-ci sinfinə gedib. 1994-cü ildə xalq çalğı alətləri şöbəsinin tar sinfini bitirib.

1995–1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsində təhsil alıb.

Tələbəlik illərində müxtəlif televiziya verilişlərində iştirak edib. Azər Paşa Nemətovun kursunu bitirib və onun dəvəti ilə Akademik Milli Dram Teatrına gəlib.2001-ci ildən Akademik Milli Dram Teatrında müxtəlif səpgili rollar oynayıb. Səhnədə ilk rolu "Mənim Ərim Dəlidir" tamaşasındakı cangüdən rolu olub.

9 mart 2017-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür.[1] 1 may 2017-ci ildə[2], 9 may 2018-ci ildə[3], 10 may 2019-cu ildə[4], 7 may 2021-ci ildə[5] və 10 may 2022-ci ildə[6] Prezident Mükafatına layiq görülmüşdür.

Teatrdakı rolları

"İmzanın hökmü" tamaşasından — Murad rolunda

Mənim ərim dəlidir–Cangüdən

"Lənkəran xanının vəziri" — Əziz ağa

Rəqabət–Qaçay

Hərənin öz payı–Meyxanaçı Ələkbər

Hələ "Sevirəm" deməmişdilər–Qumarbaz

Varlı qadın–Qara

Hamlet–Laert

Kaş araba aşmayaydı–Buxuti

Mesenat–Zeynal bəy Səlimxanov

Xurşidbanu Natəvan–Daşdəmir

İmzanın hökmü (Muradın Kələkləri) – Murad

Körpüdən mənzərə — Rudolfo

"Müsyo Jordan və dərviş Məstəli şah" — Şahbaz bəy

"Oğru cənnətdə" — Vinçenso De Pretore

"Qarabağnamə" — Hüseynqulu xan

"On ikinci gecə" — Sebestyan

"Anamın kitabı" — Aslan bəy

"Şekspir" — Drob 13

"Şah Qacar" — Cəfərqulu xan

"Əmir Teymur" — Orxan

"Silindr" — Rodolfo

"Ölülər" — İsgəndər

Filmoqrafiya

Ünvansız qız (film, 1999)

Bəyaz Həyat-Murad

Olacağa Çarə Yoxdur–Bəhlul

Adam ol! 2 (film, 2006) (tammetrajlı bədii film)- rol: Anar

Sonuncu şahid (film, 2004)–Mikayıl

Kişiləri qoruyun (film, 2006)–Orxan

Cavid ömrü (film, 2007)

Ayrılıq imiş (film, 2008)

Qaydasız döyüş (film, 2009)

Dronqo (serial, 2002) (Rusiya serialı)–Ramazan

Qeyri-adi müştəri–oğlan

Qara pişik–musiqiçi

Yaddaş (film, 2010)

Dolu (film, 2012)

Pərvanələrin rəqsi (serial, 2012)

Tufanlı səma (serial, 2015)

Səni ürəyim sevdi (serial)

Sən olmadaydın-qisas (serial 2016)- Fuad

Bir Qadın(serial,2020)-Davud