Abbas Qəhrəmanov

Abbas Qəhrəmanov 24 iyul 1960-cı ildə İrəvan şəhərində anadan olmuşdur. Əməkdar artist 1981-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirmişdir.

Fəaliyyəti

Abbas Qəhrəmanov institutu bitirdiyi il Akademik Milli Dram Teatrına təyinat almışdır. Aktyor 1981–1983-cü illərdə hərbi xidmətdə olmuş, qayıtdıqdan sonra yenidən Akademik Milli Dram Teatrında çalışmağa başlamışdır. O, 1988-ci ildə Dövlət Gənclər Teatrında aktyor fəaliyyətini davam etdirmişdir. Aktyor 1990-cı ildə yenidən Akademik Milli Dram Teatrında qayıtmışdır.

O, burada Mərvan (B.Vahabzadə "Fəryad"), Qoşqar (K.Kərimov "Cəzasız günah"), Rasim (Q.Rəsulov "Cahargah fantaziyası"), Aparıcı ("Məlik Məmməd" nağılı), Rasim (Ş.Qurbanov "Əcəb işə düşdük"), Ər (R.Akutaqava "Müəmmalı bir qətlin üç versiyası"), Məmmədxan (İ.Əfəndiyev "Hökmdar və qızı"), İsgəndərzadə(Elçin "Ah Paris,Paris…"), Şöklü Məlik (N.Xəzri "Burla xatun"), Aşpaz("Kuraj və uşaqları"), Sahil ("Köhnə ev", Ə.Əmirli), Aparıcı ("Şıltaq Şahzadənin nağılı"), Andronik ("Hələ "sevirəm" deməmişdilər…" R. Novruz), Torvald Helmer (B.Brext "Oyuncaq ev" H.İbsen), Xondulu, Rəşid (İ.Şıxlı "Ölüləri qəbristanlıqda basdırın"), Durmişxan (O.İoseli "Kaş araba aşmayaydı"), Serjant Trotter (A.Kristin "Tələ"), Dövran (H.Mirələmov Vəsiyyət"), Şah Qacar (Ə.Əmirli "Şah Qacar") və s. tamaşalarda müxtəlif rollar ifa etmişdir.

Aktyor bir sıra televiziya tamaşalarında və filmlərdə də rollar oynamışdır. Bunlardan Şahin ("Nişan üzüyü"), Xansu ("Mənim günahım"), Ragin ("Altıncı palata"), 3-cü qardaş("Yurd yeri"), Buğacxan ("Dədəm Qorqudun kitabı"), Rasim ("Hədiyyə") misal göstərmək olar.

Mükafatları

2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

1 may 2017-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

2017-ci il oktyabrın 12-də Prezident mükafatından məhrum edilib. Daha sonra yenidən 7 may 2020-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin mükafatı — 7 may 2021-ci il, 10 may 2022-ci il

Filmoqrafiya

Mənim günahım 1985   

Astana  1986     

Dəfn edilməmiş ölülər    1988     

Müqəddəs oda yanaram 1991   

Altı nömrəli palata 1994              

Yurd yeri 1994  

Yurd yeri 1997  

Ailə 1998            

Vahimə 1998     

Atillanın atlıları  2002     

Güllələnmiş heykəllər 2002        

Odla qol-boyun 2002    

Bir anın həqiqəti 2003  

Tənha durna uçuşu 2003            

Yanmış körpülər 2003   

Şans 2004          

Yoxlama 2006   

Cümhuriyyət generalları 2006   

Günaydın, mələyim! 2008                         

Acılar bitməz 2009         

Dayanacaq 2009             

Ölüm növbəsi 2009        

Əzizim Fellini 2010                        

Kuklalar 2009                  

Yaddaş  2010     

Susmuş vicdan   2010     

Qaranlıqlar çiçəyi 2011 

Yuva 2012                        

Döngələr 2012                

Alo, bu mənəm  2013                    

Tək olanda qorxma… 2013         

Oğurlanmış arzular 2013                           

Qırmızı bağ 2016            

Ögey ana 2017 

Əqrəb mövsümü 2022